RU

Hüquqşünaslar üçün 5 günlük "ToT" Təliminin 4-cü günü - FOTOLAR

Hüquqşünaslar üçün təşkil olunan 5 günlük “ToT”təlimlərinin 4-cü günündə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 34-cü və 42-ci maddələri, “Gender bərabərliyinin təminatları haqqında” Qanun, “Polis haqqında” Qanun və digər qanunlar haqqında geniş məlumat verilib, Əmək və Cinayət məcəllələrinin müvafiq maddələri təhlil olunub.

QHT.az xəbər verir ki, İşgəncələrə Qarşı Avropa Komitəsinin monitorinq hesabatı diqqətə çatdırılıb və BMT-nin Məhbuslarla minimal davranış qaydaları şərh olunub. Təlim çərçivəsində nikah hüququ, qadınların və uşaqların rifahını, təhlükəsizliyini və bərabərliyini təmin etməyə yönəlmiş bir sıra prinsiplər və müdafiə imkanları barədə müzakirələr aparılıb, Azərbaycanda mövcud olan qadın və uşaq problemlərinin həlli yolları üçün təkliflər verilib. Eyni zamanda, təlimçilər polisin fəaliyyətini tənzimləyən normativ aktlar, polis əməkdaşlarının insan hüquqları sahəsində maarifləndirilməsi məsələsi, şəxsi və ailə həyatının toxunulmazlığı, o cümlədən mənzil toxunulmazlığı və yazışma sirri hüququna hörmətlə yanaşma prinsipləri barədə maraqlı təqdimat modulları ilə çıxış ediblər.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (UN OHCHR) birgə təşəbbüsü olan bu təlim sabah yekunlaşacaq.

Избранный
64
qht.az

1Источники