RU

Yemək yeyərkən, televizora və ya telefona baxan şəxs doyduğunu anlamır...

Yemək yeyərkən televizora baxan çoxlu sayda uşaq var. Həmin uşaqlar  ekran qarşısında oturaraq, yemək yeyir.

Mütəxəssislər isə televizora baxa-baxa yemək yeyilməsinin düzgün olmadığını düşünür.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, söhbət edərək yemək, qidanın yaxşı çeynənməsinə və bir-birilə yaxın əlaqə yaradaraq xoş əhval ruhiyyə ilə qidalanmağa və qəbul edilən qidanın daha rahat həzm olunmasına səbəb olur: 

“Yemək yeyərkən televizora və ya telefona baxan şəxs doyduğunu anlamır. Fikri baxdığı televizor və ya telefonda olduğu üçün çox yemək qəbul edir. Təbii ki, bu da sağlamlığa ziyandır. Qida qəbul edərkən televizora baxmaq insanlarda piylənmə riskinin artmasına səbəb olur. Müşahidə etsək görərik ki, artıq çəkidən əziyyət çəkənlərin əksəriyyəti yemək yeyərkən ya televizora baxır ya da telefona”.

Sevinc

Избранный
177
17
hit.az

10Источники