RU

"Şimal" böyük hesabla uduzub

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandası ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz “Football School Bridge”lə qarşılaşıb.

Oyun Gürcüstan təmsilçisinin qələbəsi ilə başa çatıb. Rəqib komanda 5:0 hesabı ilə qalib gəlib. "Şimal" növbəti matçını iyulun 1-də “Qothenburq”a (İsveç) qarşı keçirəcək.

UEFA Regionlar Kuboku
28 iyun
19:00. “Football School Bridge” – “Şimal” - 5:0
Qollar:
Nika Bitsadze, 14. Levante Botkoveli, 30. Nodar Jobinaşvili, 41. Lado Xideşeli, 70; 72
Baş hakim: Miloş Boşkoviç (Monteneqro)

Qeyd edək ki, "Şimal" avrokubokun ilkin mərhələsində Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” komandaları ilə B qrupunda yer alıb. Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

İdman.biz

Избранный
182
idman.biz

1Источники