Azərbaycan terrorizmə və qlobal təhdidlərə qarşı mübarizədə ABŞ ilə səmərəli əməkdaşlıq edir, bundan əlavə, enerji sektorunda güclü əməkdaşlıq qurulub. “Report” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Azərbaycan noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir”, - nazir bildirib. O qeyd edib ki, Azərbaycan eyni zamanda ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirir. S.Şərifov əlavə edib ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpası, reinteqrasiya və regional kommunikasiyaların bərpasında ABŞ-dən dəstək gözləyir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта