RU

Ceyhun Bayramov və O’Brayn regional məsələləri müzakirə ediblər

İyunun 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən bildirilib ki, görüş za­manı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan ara­sında ikitərəfli əsasda normallaşma pro­sesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasi­bətlərin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov postmü­naqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbayca­nın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.

Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiya­sında və qanunvericilik aktlarında, ölkə­mizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialardan əl çəkmə­yin, Konstitusiyaya dəyişiklik edilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, Ermənistanın hər­biləşmə siyasətinin bölgədə sülhə və sa­bitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq do­ğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Избранный
110
26
xalqqazeti.az

10Источники