RU

Asiya İnkişaf Bankı ölkəmizdə islahatlara önəmli dəstək verir

25 ildə AİB Azərbaycana 4,2 milyard dollar vəsait yatırıb

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan 1999-cu il oktyabrın 29-da “Asiya İnkişaf Bankının təsisi haqqında Saziş”ə qoşulmaqla ölkəmizin bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığının təməli qoyulub. Ötən 25 il ərzində Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Respublikası hökumə­tinin prioritetləri əsasında respublikamızda həyata keçirilən iqtisadi islahat­larda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib. 

Azərbaycanla AİB arasında tərəfdaş­lığın 25 illiyi münasibətilə Bakıda keçi­rilən görüşlərdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri üzrə konkret layihələr əsasında müzakirələr aparılıb. Prezident İlham Əliyevin iyunun 27-də AİB-nin rəhbəri Masatsuqu Asaka­va ilə görüşündə Azərbaycan iqtisadiy­yatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələri­nin inkişafına bu maliyyə qurumunun ver­diyi dəstəyə görə minnətdarlıq bildirilib. Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə AİB-nin bir­mənalı dəstəyi yüksək qiymətləndirilib. 

Söhbət zamanı “yaşıl enerji”nin is­tehsalı və ixracı məsələlərinə də toxunu­lub. Ölkəmizdə” yaşıl enerji” zonalarının yaradılmasının, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidroelektrik stansiyaların tikilməsinin əhəmiyyəti qeyd edilib, həmin ərazilər­də artıq 270 meqavata qədər hidroenerji potensialının yaradıldığı və bunun 500 meqavata qədər artırılması imkanları­nın müzakirə olunduğu vurğulanıb. Eyni zamanda, Şimal-Cənub dəmir yolu la­yihəsi ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunularaq Mərkəzi Asiya dövlətlə­rinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Yeri gəlmişkən, ölkəmizlə bank ara­sında sıx əməkdaşlığın göstəricisi olaraq bəzi faktları diqqətə çatdırmaq istərdik. Belə ki, 2024-cü il aprelin 1-dək AİB ilə Azərbaycan Respublikası arasında hə­yata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar həcmində maliyyələş­dirmə proqramları reallaşdırılıb. Bundan başqa, Azərbaycan Hökumətinin cəlb etdiyi kreditlər üzrə gerçəkləşdirilən la­yihə və proqramların məbləği 3,2 milyard dollar, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kredit­lər əsasında icra olunan layihə və proq­ramlar üzrə 930 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsi üzrə 62 milyon dollar ayrılıb. Eyni zamanda, AİB tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin icrasına dəstək göstərilmə­si məqsədilə qrant və texniki yardımlar göstərilib. 

Bu məqamda onu da xatırladaq ki, son illər ölkəmizin maliyyə-bank siste­minin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möh­kəmləndirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Prezident İlham Əliyev 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublika­sının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icra­sı diqqət mərkəzində saxlanılıb. Respub­likada investisiya mühitinin daha da yax­şılaşdırılmasına müsbət təsir göstərən məsələlərin həlli, beynəlxalq maliyyə ins­titutları ilə əlaqələrin genişləndirilməsi də gerçəkləşdirilib. 

AİB-in bu baxımdan fəaliyyəti eks­pertlər tərəfindən yüksək dəyərləndi­rilərək bildirilir ki, bu maliyyə təşkilatının ölkəmizlə əlaqələri dövlət qurumları ilə yanaşı, həm də özəl sektoru əhatə edir və Azərbaycan hökumətinin inkişaf stra­tegiyasına uyğun həyata keçirilir.

Yeri gəlmişkən, AİB Azərbaycanla əməkdaşlığında ölkəmizin iqtisadiyyatı­nın şaxələndirilməsi, inklüziv artımın təş­viqi ilə bağlı hər zaman önəmli addımlar atıb. Qurum, eyni zamanda, COP29-un ev sahibi seçilməsi münasibətilə Azər­baycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətini yük­sək dəyərləndirib. Bununla bərabər, AİB COP29-la bağlı, xüsusilə karbon bazar­larının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğu diqqətə çatdı­rıb. 

Onu da deyək ki, AİB-in respublika­mızla bağlı son illərdəki geniş portfeli də diqqət çəkir. Suvarma və təhsillə əlaqə­dar icra olunacaq müəyyən layihələrin icrası, həmçinin özəl sektor, infrastruk­turun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələlərinin həlli istiqamətində görülən işlər də bunun bariz ifadəsidir. 

AİB ilə ölkəmiz bu gün birgə biznes əməliyyatları strategiyasını uğurla real­laşdırır. Bu strategiya çərçivəsində bank Azərbaycanla əlaqədar kredit prioritetlə­rini müəyyənləşdirməyə çalışır. Eyni za­manda, maliyyə qurumu respublikamızla əlaqədar mühüm texniki yardım proq­ramlarında fəal iştirak edir. 

Ümumiyyətlə, AİB Azərbaycanla hə­yata keçirdiyi layihələrdə qarşıya qoy­duğu məqsədləri – insanların həyat şə­raitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, infrastrukturun müasir tələb­lər səviyyəsinə qaldırılması kimi vəzifələ­ri uğurla yerinə yetirir. 

Beynəlxalq maliyyə qurumu ölkəmi­zin maliyyə sektorunun inkişafını daha da sürətləndirmək üçün davamlı layihələr reallaşdırır. Məsələn, bir müddət bundan əvvəl Azərbaycanda real sektoru dəstək­ləyən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” və AİB arasında kredit sazişi imzalanıb. Sazişə əsasən, banka 20 milyon ABŞ dolları ekvivalenti həcmində milli valyutada irihəcmli kredit ayrılıb. 

Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asi­ya məkanında, bütövlükdə Şərq ölkələ­rində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. AİB-ni maliyyələşdirən 67 üzv-ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okean regi­onunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin no­yabr ayından etibarən isə təşkilatın ölkə­mizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.

Ötən müddətdə Azərbaycan Respub­likası AİB-dən ümumi dəyəri, təxminən, 5 milyard dollardan çox olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiy­yə, su idarəçiliyi və nəqliyyat sahələrinə aiddir. Hökumətin Milli İqtisadiyyat Pers­pektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarə etməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyat­ları ehtiva edəcək.

Azərbaycanla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən onu da qeyd etməliyik ki, bank tərəfindən ayrılan in­vestisiya əsasən infrastruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol salınma­sı, su və kanalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun ba­riz ifadəsidir.

Избранный
90
xalqqazeti.az

1Источники