Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili Avro-2024-də İspaniya ilə keçirəcəkləri 1/8 final matçından öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, qolkiper komanda yoldaşı Xviça Kvaratsxeliyanı tərifləyib və görüş haqda bunları deyib:
“Yaxşı və əzmkar komandamız var. Kvaratsxeliya bütün İspaniyadan yaxşıdır. Deməyəcəm ki, qələbə qazanacağıq, ancaq sona qədər döyüşəcəyik. İspaniya favoritdir, amma biz də tələsməyəcəyik”.
Sabah keçiriləcək matça saat 23:00-da start veriləcək.