RU

Əhalinin banklara nə qədər borcu var? - STATİSTİKA

Azərbaycanda əhalinin banklara 14,55 milyard manatdan çox borcu var. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir il əvvəl əhalinin banklara 11,96 milyard manat borcu var idi. Son bir ildə borc məbləği 2,6 milyard manata yaxın artıb. 


Əhali banklardan əsasən istehlak məqsədilə borc alır. Ümumi borcun 11,37 milyard manatı istehlak xərclərinin ödənilməsinə görə yaranıb. 


Borcun 3,19 milyard manatı isə sahibkarlıq fəaliyyəti üçün alınıb. 


Son 5 ilin təhlili göstərir ki, əhali biznes məqsədilə aldığı borcları daha sürətlə artırıb. 


2020-ci ildə sahibkarlıq üçün yaranan borc 847 milyon manat olduğu halda hazırda bu borcun məbləği 3,8 dəfə çoxdur. 


İstehlak məqsədilə alınan borclar isə son 5 ildə iki dəfə artıb. 


Vasif

Избранный
138
17
sfera.az

10Источники