İyunun 29-da iki nəfər (kişi cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən e-huquq.az-a bildirilib ki, hər iki pasiyenə ilkin tibbi yardım göstərilib.
"Vəziyyətləri ağır qiymətləndirilən şəxslərin hər biri daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda vurğulanıb.
Qeyd edək çox Gəncə şəhərində mübahisə zəminində üzərlərinə yanan benzin qabının atılması nəticəsində ağır yanıq xəsarətləri alanlardan ikisi Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Bunlar 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 1997-ci il təvəllüdlü Muraz Namazovdur.
Qeyd edək ki, söyüş üstdə düşən mübahisə zamanı daha bir nəfər, 2004-cu il təvəllüdlü Niyaməddin Kazımov da yanıq xəsarətləri alıb. Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxanada müalicə alan şəxsin vəziyyəti isə kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib ki, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Pərviz Kazımovu saxlayaraq istintaqa təhvil veriiblər: "P.Kazımov içərisində benzin olan qabı yandıraraq M.Namazovun üzərinə atıb. Nəticədə məlum hadisə baş verib".
Faktla bağlı araşdırma aparılır.