Bakı, 29 iyun, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisovla müqavilənin müddəti uzadılacaq.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 42 yaşlı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanacaq.
Bununla bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.
Qeyd edək ki, Vitali Borisov ötən ilin yayından Azərbaycan millisinin baş məşqçisi postunda çalışır.