Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisovla müqavilənin müddəti uzadılacaq.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanacaq.
Bununla bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.
Qeyd edək ki, Vitali Borisov ötən ilin yayından Azərbaycan millisinin baş məşqçisi postunda çalışır.