Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“İki sahil” xəbər verir ki, “Toyota Prado” markalı avtomobilin vurduğu 55 yaşlı M.Məmmədova xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.