Rusiya Prezidenti Vladimir Putinin köməkçisi, referent şöbəsinin rəisi Dmitri Kalimulinin oğlu ölüb.
aia.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Hüquq fakültəsindən məlumat verilib.
“İyunun 29-da fakültəmizin 1-ci kurs tələbəsi Aleksandr Kalimulin qəvat edib. Aleksandrın doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - fakültənin yaydığı bəyanatda qeyd olunub.