RU

Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA

Avtobuslarda qəza zamanı şüşələri sındıraraq xilas olmaq üçün nəzərdə tutulan çəkiclər olur ki, elə buna görə də onlara qəza çəkicləri deyilir.

Amma təəssüf ki, bir çox avtobuslarda asılqanlar olsa da, çəkiclər yoxdur.

Maraqlıdır, qəza çəkicləri avtobuslardan niyə və necə yoxa çıxır?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qəza çəkicləri sərnişinlər tərəfindən oğurlanır. Daşıyıcı şirkət tərəfindən bərpa olunsa da, oğurlanma halları olur.

Qeyd edək ki, bu şəxsləri İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, üç ayadək inzibati həbs, yaxud 160 saatdan 240 saatadək ictimai işlər növündə tənbeh gözləyir.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
151
10
musavat.com

10Источники