Qaxda ağır yol qəzası baş verib.
APA bildirir ki, qəza zamanı 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Xəsarət alanlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.
Yaralılardan bir nəfər - 37 yaşlı qadın müayinə və müalicəsini davam etdirmək üçün gün Zaqatala RMX-a göndərilib.
Üçü Türkiyə vətandaşı olmaqla (1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı - 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz) qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.