Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Gürcüstan qarşılaşması başa çatıb.
"Far.Az" xəbər verir ki, İspaniya rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşmanın 18-ci dəqiqəsində Robin Le Normand avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardınca Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.
Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.
00:45
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında İspaniya yığması daha bir qol vurub.
"Far.Az" xəbər verir ki, Dani Olmo 83-cü dəqiqədə hesab arasındakı fərqi artırıb - 4:1.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxarıb. Komandanın üçüncü qolunu Niko Uilyams (75) vurub.
00:39
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında İspaniya yığması üçüncü qolu vurub.
"Far.Az" xəbər verir ki, Niko Uilyams 75-ci dəqiqədə fərqlənib - 3:1.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxarıb.
00:13
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında İspaniya yığması hesabda önə keçib - 2:1.
"Far.Az" xəbər verir ki, Fabian Ruis 51-ci dəqiqədə fərqlənib.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.
00:05
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında ikinci hissə başlayıb.
"Far.Az" xəbər verir ki, hazırda hesab bərabərdir - 1:1.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.
23:51
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında ilk hissə başa çatıb.
"Far.Az" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.
23:41
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında hesab bərabərləşib.
"Far.Az" xəbər verir ki, İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub.
23:22
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında hesab açılıb.
"Far.Az" xəbər verir ki, İspaniya yığmasının futbolçusu Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub.
Qeyd edək ki, matçı fransalı referi Fransua Leteksye idarə edir.
23:00
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşması start götürüb.
"Far.Az" xəbər verir ki, oyun Kölndəki "Reyn Enerqi" stadionunda keçirilir.
Qeyd edək ki, matçı fransalı referi Fransua Leteksye idarə edir.