RU

Xarici qüvvələrin Fələstin ərazisinə yerləşdirilməsini rədd edirik

Bakı.TurkicWorld:

Qəzza zolağına xarici qüvvələr gətirməklə işğalın davam etdirilməsinə icazə verməyəcək.0

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Rəyasət Heyətinin sözçüsü və informasiya naziri Nabil Əbu Rudeynə rəsmi xəbər agentliyi olan WAFA-ya verdiyi açıqlamada deyib.

“İsrailin 7 oktyabrdan bəri şiddətli hücumlarını davam etdirdiyi işğal və blokada altındakı Qəzza zolağında xarici qüvvələrin daxil edilməsi ilə işğalın davam etdirilməsini rədd edirik. Fələstin ərazisində hər hansı bir xarici qüvvənin legitimliyi yoxdur və Fələstini kimin idarə edəcəyinə yalnız Fələstin xalqı qərar verir” -açıqlmada deyilir.

İsrailin “qanlı qırğınlarla həyata keçirməyə çalışdığı məskunlaşma və köçürmə siyasətinin heç bir legitimliyi olmadığını” ifadə edən Əbu Rudeynə, “İşğal hökuməti və baş naziri (Benyamin Netanyahu) Fələstin xalqının taleyini təyin edə biləcəklərinə və Qəzza zolağında işğalı xarici qüvvələrlə əvəz edərək, işğal siyasətlərini davam etdirə biləcəklərinə inanırlarsa yanılırlar.” – deyə bildirib.

Əbu Rudeynə İordan çayının qərb sahilində və Qəzza zolağında xarici qüvvələrə icazə verməyəcəklərini ifadə edərək, Fələstin Azadlıq Təşkilatının Fələstin xalqının yeganə qanuni nümayəndəsi olduğunu bildirib.

Sülhün ancaq Fələstin, Qüds və Azadlıq Təşkilatının rəhbərliyi ilə əldə oluna biləcəyini vurğulayan Əbu Rudeynə qeyd edib ki, “Fələstin məsələsi humanitar yardım məsələsi deyil, o müqəddəs və mərkəzi ərəb məsələsi olan bir torpaq və dövlət məsələsidir.”

Qeyd edək ki, İsrailin rəsmi yayım agentliyi dünən adı açıqlanmayan təhlükəsizlik rəsmisinə əsaslanaraq bildirib ki, İsrail ordusu Qəzza zolağında onu əvəz edəcək beynəlxalq qüvvə tapılana qədər qalmağa davam edəcək və bu, bir neçə ay çəkə bilər.

Избранный
128
turkic.world

1Источники