RU

Qiymət tənzimlənməsi nəqliyyatın keyfiyyətini artıracaq (ŞƏRH)

"İctimai nəqliyyatda qiymətlərin dəyişdirilməsi keyfiyyətin yüksəlməsinə xidmət edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov yanacağın qiymətinin qaldırılması ilə bağlı qərardan danışarkən deyib. 

Onun sözlərinə görə, zaman-zaman sahibkarlar tərəfindən qiymətlərin qaldırılması ilə bağlı aidiyyatı qurumlar tərəfindən müraciətlər olunub:



"Hətta bununla bağlı Nazirlər Kabinetinə müraciətlər edilib. Həmin müraciətlər Milli Məclisdə müzakirə olunub. Yanacaq qiymətlərinin dəyişdirilməsinə zərurət duyulurdu. İstər adambaşına gedişin sərfiyyat maya dəyərinin, istərsə də metro, avtobus və digər nəqliyyat vasitələrində gediş haqlarının tənizmlənməsi ilə bağlı mütəmadi müraciətlər edilir. Sahibkarların və digər daşıyıcı şirkətlərinə müaciətlərinə vaxtaşırı baxılsa da müsbət cavab verilməmişdi".

Aslan Əsədov hesab edir ki, bu qərar nəqliyatın keyfiyyətinə təsirsiz ötüşməyəcək:

"Hazırda verilən qərar bütün iqtisadi göstəriciləri nəzərə alaraq tətbiq edilir". 

Qeyd edək ki, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Beləlimklə, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik müəyyən olunub.

Bahar Rüstəmli

Избранный
156
qaynarinfo.az

1Источники