RU

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin müşaviri mediatorları qəbul edib - FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin müşaviri Okan Donangil mediatorları qəbul edib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı Prezidentin müşaviri Okan Donangil nümayəndə heyətini qəbul edib.

Azərbaycandan olan nümayəndə heyətinin tərkibində mediatorlar Orxan Mahmudov, Venera Əsgərova, Raul İsmayılov, Ramiz Kərimov, Venera Əsgərova, Türkiyədən olan nümayəndə heyətinin tərkibində isə Türk Dünyası Arabulucular Birliyi İdarə Heyətinin sədri Yakup Erikel, vəkil-mediatorlar Yusuf Gözel, Saliha Sasa, Pervin Yıldız və Sibel Öztürk iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasında mediasiya sahəsinin əldə etdiyi nailiyyətlər, Türkiyə Cümhuriyyəti mediatorlarının iş prinsipləri, Şimali Kipr Türk Cümhuriyyətində mediasiya sahəsinin yaradılması və inkişaf yolları müzakirə edilib.

Избранный
84
2
qht.az

3Источники