RU

Serbiya “Black Sea Energy” layihəsində Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Serbiya Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üzrə (Black Sea Energy) layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Bunu Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç deyib.

“Ölkəmiz Azərbaycanın Gürcüstan, Rumıniya və Macarıstanla birgə təşəbbüsü ilə həyata keçirilən “yaşıl dəhliz” layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirir”, – o bildirib.

Səfir Azərbaycanla təbii qaz sahəsində əməkdaşlığa da toxunub: “SOCAR və “Srbijagas” arasında mövcud qaz alqı-satqısı müqaviləsi Serbiyaya ildə 400 milyon kubmetr Azərbaycan qazının idxalını nəzərdə tutur və bu həcmi gələcəkdə ildə 1 milyarda çatdırmaq imkanı var ki, bu da Serbiyanın ümumi istehlakının üçdə birini təşkil edir”.

“Amma bu sahədə mövcud qanunvericilik bazamız enerji tərəfdaşlığının digər formalarını, məsələn, mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq perspektivlərinin araşdırılmasını, SOCAR-ın Serbiyada qaz elektrik stansiyasının tikintisində iştirakını, eləcə də Serbiyada yeni qaz anbarı infrastrukturunun tikintisinə Azərbaycan investisiyasının cəlb edilməsi imkanlarını nəzərdə tutur”, – o bildirib.

Избранный
130
31
banker.az

10Источники