RU

"Özünə hörmət edən elm işçisi tədqiqatını sosial şəbəkədə dərc etmir"- Nazir

Image

Heç bir özünə hörmət edən elm işçisi tədqiqatını sosial şəbəkədə, “Facebook” postunda dərc etmir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, elmi tədqiqatlar elmi jurnallarda dərc edilir.

“Bu həm də onu göstərir ki, həmin tədqiqata başqa alimlərdə baxıb, rəy verib. Tədqiqatın yalnız sosial şəbəkədə paylaşılması düzgün deyil. Bu elm deyil və bununla təhsil siyasəti aparıla bilməz, hətta aparılması qadağan edilməlidir”,- deyə nazir bildirib.





Избранный
156
baki-xeber.com

1Источники