RU

İctimai nəqliyyatdan sonra bu sahələrdə də bahalaşma gözlənilir... - Natiq Cəfərli AÇIQLAYIR

Bakıda metro və avtobusların qiyməti yenə də bahalaşaraq 50 qəpik olub. Bahalaşma əhali arasında müxtəlif cür reaksiyalara səbəb olub.

Bu başqa hansı sahələrdə bahalaşmaya gətirib çıxara bilər?

Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli kommunal xidmətlərin də bahalaşacağını proqnoz edib:

“İctimai nəqliyyatda bahalaşma baş veribsə, yaxın gələcəkdə biz bir daha bahalaşma görməyəcəyik. Amma, kommunal xidmətlərdə də qiymət artımı müşahidə edə bilərik. Bunu indidən deməyə əsaslar var.

Çünki, bu qiymət artımının fəsadları olacaq və beləcə elektrik, qaz paylayıcı şirkətlərin xərcləri də artacaq. Bu şirkətlər dizeldən çox istifadə edirlər. Dizeldən istifadə etdikləri üçün də bu şitkətlərin gördüklərin işin maya dəyəri arta bilər. Bununla da, qiyməti artırmaqlar bağlı tarif şurasına müraciət edə bilərlər.”

Fərid Axund

 

Избранный
191
29
ednews.net

10Источники