RU

Qoydan kəndinin sakinləri torpaq sürüşməsi səbəbindən təxliyə olunub

İsmayıllı, 1 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Yağan intensiv yağışlardan sonra İsmayıllıda torpaq sürüşməsinin baş verdiyi Qoydan kəndində ailələrin hamısı köçürülüb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə İsmayıllı Rayon İcra Hakimiyyətinin Qoydan kəndi üzrə nümayəndəsi Vüqar Bəşirov bildirib.

Kənddə olan 19 ailə Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti və texnikasının köməyi ilə təxliyə edilib.

Hazırda bölgədə yağmursuz hava müşahidə olunsa da, kənd ərazisində torpaq sürüşməsinin aktivliyi davam edir.

Xatırladaq ki, son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib və nəticədə kəndin yolları, evlər, yardımçı tikililər, tövlələr palçıq qatı altında qalıb. Kənddə yaşamaq təhlükəli olduğundan sakinlərin bu ərazidən köçürülməsinə qərar verilib.

 

Избранный
93
1
azertag.az

2Источники