RU

Bu gün qəhrəman şəhidimiz Elçin Tağıyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 1 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz noyabrın 28-də Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub.

Elçin Tağıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Избранный
103
1
qht.az

3Источники