RU

Bakı ilə İrəvan arasında sülh sazişlərinə nail olmaq mümkündür - Blinken

Bakı. Trend:

Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan vəErmənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkanvar.

Trend-in məlumatına görə, bu barədə Brukinqs İnstitutunda çıxışızamanı ABŞ dövlət katibi Antoni Blinken deyib.

"Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaqsülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var vəhesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə vəqərbdə, cənubda və şimalda ölkələr arasında əlaqələrin qurulmasıbaxımından regionda böyük imkanlar yaradacaq. Azərbaycan bu işdəhəlledici rol oynamalıdır", - deyə ABŞ dövlət katibi qeyd edib.

A.Blinken bildirib ki, ABŞ, Azərbaycan və Ermənistanı sülhsazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə bunafəal şəkildə nail olub.

"Və mən hesab edirəm ki, bu, həqiqətən də indi əldə edilə bilər.Mən bu barədə cəmi bir həftə əvvəl Azərbaycan Prezidenti İlhamƏliyevlə danışdım. Hesab edirəm ki, bu, mümkündür və Azərbaycan vəErmənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tamcavab verir", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
4
az.trend.az

10Источники