RU

"Maldivdə nazirlər prezidentə cadu etdilər" - İDDİA

Yerli mətbuatın məlumatına görə, Maldiv polisi iki nazir və daha iki nəfəri prezident Məhəmməd Muizzuya cadu etdiklərinə görə həbs edib.

News24.az xəbər verir ki, ətraf mühit naziri Fatimə Salim, onun Prezident Aparatında nazir vəzifəsində çalışan keçmiş əri Adam Rameez və daha iki nəfərin həbs edildiyini bildirib.

Həbs edilənlərdən birinin “cadugər” olduğu iddia edilib. Bildirilib ki, Fatimə Səlim vəzifəsindən uzaqlaşdırılıb.

Lakin polis hadisənin səbəbləri və ya iddia edilən cadu haqqında məlumat verməkdən imtina edib.

Qeyd edək ki, cadugərlik müsəlmanların çoxluq təşkil etdiyi Maldiv adalarının cinayət məcəlləsinə görə cinayət hesab edilmir. Lakin İslam qanunlarına əsasən, 6 ay həbs cəzası nəzərdə tutur.

Maldiv adalarında İslam hüquq sistemini şəriət və Britaniya mülki hüququ ilə birləşdirən qarışıq hüquq sistemi qüvvədədir.

Günel Məlikzadə

Избранный
104
news24.az

1Источники