Yay fəsli gələndə valideynləri narahat edən məsələlərdən biri də odur ki, körpələri günəş şüasından necə qorusunlar.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, birbaşa günəş şüalanması körpənin zərif dərisi üçün böyük risk yarada bilər:
"Balaca uşaqlarda dərinin təbii qoruma sistemi hələ tam formalaşmayıb. Uşaqlar açıq havada olarkən mümkün qədər tam geyinməlidirlər. Körpələri kiçik yaşlarda UV-şüaların zərərli təsirindən qorumaq üçün xüsusi günəşdən qorunma vasitəsindən istifadə mütləqdir. Uşaqların təkcə dəriləri həssas deyildir, gözləri də UV-şüalanmadan qorumaq lazımdır”.
Pediatr onu da bildirib ki, bu gün satışda müxtəlif növ günəşdən qoruyucu sprey və ya yağlar satılır. Lakin həmin məhsullarının hansının keyfiyyətli olması araşdırılmalıdır:
“Uşaq dərisi üçün hər məhsul istifadə edilə bilməz”.
Sevinc