EN

Uşaqları günəş şüasından necə qorumaq olar?

Yay fəsli gələndə  valideynləri narahat edən məsələlərdən  biri də odur ki,  körpələri günəş şüasından necə qorusunlar.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, birbaşa günəş şüalanması körpənin zərif dərisi üçün böyük risk yarada bilər:

"Balaca uşaqlarda dərinin təbii qoruma sistemi hələ tam formalaşmayıb. Uşaqlar açıq havada olarkən mümkün qədər tam geyinməlidirlər. Körpələri kiçik yaşlarda UV-şüaların zərərli təsirindən qorumaq üçün xüsusi günəşdən qorunma vasitəsindən istifadə mütləqdir. Uşaqların təkcə dəriləri həssas deyildir, gözləri də UV-şüalanmadan qorumaq lazımdır”.

Pediatr onu da bildirib ki, bu gün satışda müxtəlif növ günəşdən qoruyucu sprey və ya yağlar satılır. Lakin həmin məhsullarının hansının keyfiyyətli olması araşdırılmalıdır: 

“Uşaq dərisi üçün hər məhsul istifadə edilə bilməz”.

Sevinc

Chosen
68
35
hit.az

10Sources