Sıfır karbonlu aviasiyanın gələcəyi olmaq məqsədi ilə buraxılan “Airlander 10” karbon emissiyalarının 75%-ə qədər azalmasını təmin edir.

İndex.az xəbər verir ki, eni 45,5 metr və uzunluğu 92 metr olan nəhəng ölçülü “Airlander” həm helikopter, həm təyyarə, həm də zeplin dizaynını özündə birləşdirir.

Təyyarə 10 tona qədər daşıma qabiliyyətinə malikdir. 2028-ci ildə kommersiya sərnişin təyyarəsi və yük təyyarəsi kimi istifadə edilməsi planlaşdırılır.

Bir dirijabl kimi heliumla dolu olduğu üçün digər təyyarələrə nisbətən qalxarkən daha az enerji sərf edir və davamlı olaraq 5 gün havada qala bilir. O, hətta uçuş-enmə zolağı olmasa belə yerə enə bilər.

Şirkət deyir ki, aşağı hissəsində müşahidə sahəsi olan versiya ilə təbiət turizminə də töhfə verə bilər. Əslində, “Airlander 10” buraxıldıqdan sonra 120 metr uzunluğunda, 60 metr enində və minimum 60 ton yükgötürmə qabiliyyətinə malik “Airlander 50” adlı yeni model istehsal etməyi planlaşdırırlar.

Hələlik bunun bəzi mənfi cəhətləri var.

“Airlander 10” 148 km/saat sürətə çata bilir. Bundan əlavə, digər sərnişin təyyarələrinin sürəti 800-900 km/saat civarındadır. Üstəlik, 10 ton çox səslənsə də, onun daşıma qabiliyyəti əslində digər təyyarələrdən aşağıdır.

2028-ci ildə istifadəyə verilənə qədər ediləcək təkmilləşdirmələrlə bu cür maneələri aşmaq mümkün ola bilər.