RU

Orban Ukraynaya səfər edəcək – KİV


Macarıstanın Baş naziri Viktor Orban bu gün Kiyevə səfər edəcək və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti belə bir görüşü təşkil etmək planları ilə tanış olan üç mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Macarıstanın Baş nazirinin Zelenski ilə yanaşı, digər Ukrayna rəsmiləri ilə də görüşü gözlənilir.
Qəzet qeyd edib ki, bu, Orbanın Ukraynada silahlı münaqişə başlayandan sonra Kiyevə ilk səfəri olacaq. “Financial Times” həmçinin xatırladıb ki, Macarıstan hökumətinin başçısı qonşu ölkəyə silah tədarükünün əleyhinədir və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır.
Nəşr həmçinin diqqəti səfərin Macarıstanın Aİ Şurasına sədrlik etməsindən bir gün sonra və Brüsseldə keçirilən Aİ sammitində Orban və Zelenski arasında keçirilən ikitərəfli görüşdən bir həftə sonra baş tutacağına da diqqət çəkib.
Qeyd edək ki, bundan əvvəl, iki il yarım ərzində Orban və Zelenski arasında tam hüquqlu görüş olmayıb. Mayın 8-də telefon danışığında Zelenski Orbanı Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransa dəvət etsə də, o, bundan imtina edib. İyunun 15-16-da Bürgenstokda keçirilən forumda Macarıstanı xarici işlər naziri Peter Siyarto təmsil edib. Hökumət Rusiya bu konfransda təmsil olunmadığı üçün ondan çox şey gözləmədiyini bəyan edib.
Избранный
87
42
yeniavaz.com

10Источники