"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
AzxeberSport xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London təmsilçisi mərkəz yarımmüdafiəçisi Lids"dən Arçi Qreyi transfer edib. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
Qrey "Lids" akademiyasının yetirməsidir. 2023/2024 mövsümündə gənc futbolçu bütün yarışlarda 52 oyun keçirib, 2 qolun ötürməsini verib. Nüfuzlu "Transfermarkt" portalı Arçinin bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Tottenhem" ötən mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdə başa vurub.