RU

Türkiyədə 14 manata, Bakıda 70 manata satılırsa, bu, faciədir

Azərbaycanda dərmanların qiyməti ətrafında müzakirə hər zaman aktualdır. Son vaxtlar bu mövzuya ictimai diqqət daha da artıb.
Buna səbəb qonşu ölkələrlə bizdəki kəskin qiymət fərqidir. Məsələn, Türkiyədə Azərbaycan valyutası ilə 14 manata satılan dərman ölkəmizdə fəaliyyət göstərən apteklərdə 70-80 manata təklif edilir. Bu da ictimaiyyətdə haqlı etirazlara səbəb olur. İnsanlar həm dərmanın keyfiyyətindən, həm də qiymətlərdən narazılıq edirlər. BUTA.TV xəbər verir ki, deputat Siyavuş Novruzov Globalindo.az-a açıqlamasında dərman qiymətlərinin baha olması ilə bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırdıqlarını bildirib. O, həm dərmanların keyfiyyətinin aşağı, həm də qiymətlərin baha olduğunu müzakirə etdiklərini qeyd edib: “Düzdür, Azərbaycan özü dərman istehsal etmir deyə, əsasən başqa ölkələrdən gətirilir. Amma yenə də keyfiyyət və qiymətlərdə qüsur var. Fikir vermisinizsə, koronovirus və vaksinlərdən sonra insanların əksəriyyəti apteklərdən çıxmır. Çünki onların müxtəlif xəstəlikləri baş qaldırıb. Birinin gözündə, digərinin ürəyində, kiminsə oynaqlarında, başında, yaddaşında problemlər yaranıb. Bu gün elə bir adam yoxdur ki, dərmandan istifadə etməsin. O baxımdan hesab edirəm ki, burada tənzimlənməyə ehtiyac var”. Deputat deyib ki, Türkiyədə 14 manata satılan dərman ölkədə 70 manata satılırsa, bu, faciədir:

“Qardaş ölkədə aptekdə o qiymətədir. Lakin fabrikdən aldıqda daha ucuz başa gəlir. Onu da ucuz alıb dəfələrlə baha satmaq heç yaxşı hal deyil. Razıyam, gömrük xərclərini ödədikdən sonra müəyyən qədər faiz əlavə etmək olar. Amma 50-60 manat yox. Türkiyədə belə bir sistem var ki, Səhiyyə Nazirliyinin nümayəndələri özlərini tanıtmadan apteklərdən dərman alırlar ki, həm qiymətini bilsinlər, həm də onun keyfiyyətini laboratoriyada araşdırsınlar. Bundan sonra artıq qərar verirlər. Hər şey qaydasındadırsa, həmin aptekin işləməyinə icazə verilir, deyilsə, fəaliyyətini dayandırırlar. Bizim səhiyyə sistemimiz də belə monitorinqlər keçirməlidir. Bilinməlidir ki, qiymət necədir və insanlar nələri qəbul edirlər. Dövlət tərəfindən pulsuz verilən dərmanlar gömrük xərclərindən azad edilib. Digərləri kommersiya olduğu üçün isə kimsə onlara qarışa bilmir. Çünki ayrı-ayrı şirkətlərdir və müxtəlif ölkələrdən dərman sifariş verirlər. O baxımdan da gömrük xərclərindən azad etmək olmur”.

Избранный
14
6
buta.tv

7Источники