RU

"Ölkədə magistratura təhsil səviyyəsi bərbad gündədir" — AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi bu il magistraturaya qəbul imtahanında 44 nəfərin 90 va daha yuxarı bal, 458 nəfərin 80 və daha yuxarı bal, 2106 nəfərin isə 70 və daha yuxarı bal topladığını açıqlayıb. Statistik göstəricilərə əsasən bu il yüksək bal toplayanların sayının daha az olduğu bildirilib. Qeyd olunub ki, hazırkı müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunub. 

Bəs, ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar hansı sahələrə üstünlük veməlidirlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə magistratura təhsil səviyyəsi bərbad gündədir və yox səviyyəsindədir. 

Elşən Qafarov qeyd edib ki, magistratura təhsili almaq istəyən gənclər daha çox xaricə üz tutsunlar, çünki xaricdə verilən magistratura təhsili ölkədə verilən magistratura təhsilindən qat-qat üstündür:

“İlk növbədə magistratura təhsilinin mahiyyətinin nədən ibarət olduğunu bilməliyik. Magistratura təhsili elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Magistraturanı bitirən şəxslər ali təhsil müəssisələrində müəllim işləyə, elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Magistratura təhsili hansısa peşə vermir. Azərbaycan Respublikasında ”Təhsil haqqında” Qanununun 22-ci maddəsində açıq yazılıb ki, bakalavriat təhsili bitmiş ali təhsildir. Magistraturanı bitirən şəxslər ali məktəblərdə elmi-pedaqoji təhsil və elmi təşkilatlarda, istənilən yerdə işləyə bilərlər. Yəni kimlər gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirlərsə magistratura oxusunlar. Bu gün ölkənin ali təhsilində əsas istiqamətləri pedaqoji sahə, tibbi sahə, eyni zamanda müxtəlif texnoloji sahələrə və s. ehtiyac var. Bu gün dünyada olan tendensiya odur ki, texnoloji sahəyə maraq artır. Elmi-pedaqoji kadrlarda da bizdə çox ciddi problemlər var. Ümumiyyətlə, bizdə elmi-pedaqoji kadr qıtlığı var. Ölkə prezidentinin sərəncamı ilə xaricdə təhsil proqramları tərtib olunub. Hər il 400-ə qədər gənc xaricdə təhsilə göndərilir. Bunun böyük əksəriyyəti magistratura və doktorantura təhsildiir. Bütün bunlar elmi-pedaqoji kadr hazırlığı ilə bağlıdır. 

Magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlərin ölkənin elmi-pedaqoji kadr hazırlığında daha çox boşluq olan pedaqoji, o cümlədən tibbi, texnoloji və s. sahələrə daha çox üstünlük verməsi arzuolunandır. Çünki ölkənin inkişaf konsepsiyasına uyğun olaraq kadr qıtlığı var. Bir neçə ali məktəbi çıxmaq şərtilə arzulayardım ki, magistratura təhsili almaq istəyən gənclər daha çox xaricə üz tutsunlar. Çünki xaricdə verilən magistratura təhsili ölkədə verilən magistratura təhsilindən qat-qat üstündür. Əgər şəxsi olaraq gedə bilirlərsə dövlət proqramından da yararlansınlar.Magistraturada 3 gün faktiki, nəzəri dəsrlərdi. Yerdə qalan isə praktiki məşğələlər olmalıdır. Praktiki məşğələlər ümumiyyətlə keçirilmir. Magistrların 90%-i bu ya başqa bir işdə işləyirlər. Hansı halda işləyə bilər ki, onun əslində buna vaxtı olmamalıdr. O, laboratoriyalarda, kitabxanalarda, tədqiqat müəssisələrində işləməlidirlər. Halbuki, işləyə bilmirlər. Magistratura diplomlarının da böyük əksəriyyəti ali məktəb müəllimləri tərəfindən müəllif hüquqları, plagiatlıq qanun-qaydaları pozulmaqla yazılır. Ona görə magistratura təhsilinə 2 ilini sərf etməkdənsə, xaricdə təhsil alsınlar, ya da gələcəkdə elmi-pedaqoji fəaliyyətlə olmayacaqlarsa bu səviyyəyə üz tutmasınlar. Bakalavr səviyyəsini bitirdikdən sonra gedib bir peşə ilə məşğul olsunlar”. 

Əfsanə Rəcəb
Demokrat.az
Избранный
116
1
demokrat.az

2Источники