Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisiyə rəsmi səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşəcək, danışıqlardan sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.