Bakı. Trend:
Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə güləş üzrə U-20Avropa çempionatı davam edir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışın ikinci günündə yunan-Romagüləşçiləri mübarizə aparıblar.
Xalça üzərinə çıxan 7 güləşçidən yalnız biri medal qazanmaqşansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0),bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça(9:0) qalib gələrək yarımfinala yüksəlib. İsmayıl yarımfinaldaermənistanlı Erik Matevosyanla qarşılaşıb. Güləşçimiz 2:1 hesabıilə üstün olaraq, finala yüksəlib.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.