HƏMAS qruplaşmasının hücumları nəticəsində həlak olan şəxslərin ailələri İranı məhkəməyə veriblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Deutsche Welle” məlumat yayıb.
Bildirilib ki, 2023-cü il oktyrabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı həlak olan bir sıra qurbanların ailələri İran, Suriya və Şimali Koreyanı ABŞ məhkəməsinə veriblər.
Məlumata görə, onlar bu üç ölkəni HƏMAS-ı dəstəkləməkdə ittiham edərək 4 milyard dollar təzminat istəyiblər.
Şikayət ötən gün İftiraya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib. Şikayət ərizəsində İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyi də vurğulanıb.
Bizim.Media