RU

Üç uşaq anasının faciəli ölümü: Başı qapıya çırpılaraq yarıldı

Ucarda ailə faciəsinə səbəb olan dəhşətli qəzanın təfərrüatı məlum olub.

Yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Rişarə Hüseynovanın həyat yoldaşı Ravin Hüseynov qəzanın bir anda baş verdiyini bildirib:

“Necə baş verdi, özüm də bilmədim. Qarşıda, arxada maşın yox idi, gündüz vaxtı idi. Özümdən asılı olmayaraq sükanı betona tərəf döndərmişəm. Elə həmin sürətlə də betona dəydik. Yoldaşım qabaqda, üç uşağımız isə arxada oturmuşdu. Şar qarşı tərəfdən açılaraq yoldaşımın sifətinə vurub, başı qapıya dəyib, yarılıb. Arzularımız çox idi. İstəməzdim həyat yoldaşım vaxtsız köçsün. Bu, ölənədək mənə dərddir”, – deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
75
13
medianews.az

10Источники