RU

Beyləqanda baş verən qəzada yaralananların SON VƏZİYYƏTİ AÇIQLANIB

Bakı. Trend:

02.07.2024-cü il tarixində saat 23:00 radələrində Beyləqanrayonunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5nəfər (4-ü kişi cinsli, 1-i qadın cinsli olmaqla) Beyləqan RayonMərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 2-siazyaşlıdır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylıtravması diaqnozu təyin edilib.

"Xəsarət alan şəxslərdən 2010-cu il təvəllüdlü (kişi cinsli)azyaşlının müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davametdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1987-ci il təvəllüdlü (qadın cinsli) və 1978-ci il təvəllüdlü(kişi cinsli) şəxs Sabunçu Tibb Mərkəzinə, 2017-ci il təvəllüdlü(kişi cinsli) azyaşlı Respublika Neyrocərrahiyyə Xəstəxanasınatəxliyə olunub.

1990-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi yardımgöstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 2 nəfərin xəstəxanayaqədər ölüm halı qeydəalınıb", - deyə əlavə edilib.

Məqalədə:
Избранный
200
1
az.trend.az

2Источники