"Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna ilə bağlı dialoq aparmırlar".Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.Belə ki, Kremlin rəsmi nümayəndəsi Rusiya lideri ilə ABŞ-də keçiriləcək prezident seçkilərində namizədin Ukraynada sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparmasına dair Qərb mətbuatının yaydığı məlumatlara münasibət bildirib.“Bu, belə deyil”, – Peskov əlavə edib.Xatırladaq ki, bundan əvvəl, iyunun 27-də Tramp ABŞ-nin hazırkı prezidenti Co Baydenlə teledebat zamanı Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtlərin onun üçün qəbuledilməz olduğunu söyləmişdi.Zərintac MayisqızıMissiya.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта