RU

Azərbaycanda bu şəxslərin maaşı KƏSKİN ARTACAQ - Məbləğ AÇIQLANDI

2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Məlumata görə, artıq ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib. 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçəcək. Qeyd edək ki, ümumilikdə ölkədə müəllimlərin mövcud əmək haqları ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, Azərbaycanda hər 3 müəllimdən 1-i 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
 
Maraqlıdır, sözügedən maaş artımı nə zaman baş verəcək və sertifikasiyası imtahanından keçən müəllimlərin vəzifə maaşına nə qədər əlavələr olunacaq?
 
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov News24.az açıqlamasında bildirib ki, sertifikatlaşdırmadan keçən müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayanların maaşına isə 35 faiz əlavə ediləcək:
 
"Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim 1,6 milyon şagirdin bilik və bacarığının əldə edilməsində iştirak edir. Etiraf etməliyik ki, Azərbaycan müəllimləri 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlara qədər demək olar ki, ixtisasları oxumurdular. Onlar oxumağa məhz həmin diaqnostik imtahanlardan sonra başladılar. Ardınca müəllimlərin sertifikasiyası imtahanı başladı. 2022-ci ildən ilkin olaraq ibtidai sinif müəllimləri bu imtahana cəlb olundular. Artıq ölkədə ibtidai sinif müəllimlərinin, Azərbaycan dili-ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı başa çatıb. Bu günə qədər imtahanda iştirak edən ibtidai sinif, Azərbaycan dili-ədəbiyyat müəllimlərinin ümumilikdə 4 mindən çoxu öz iş yerini itirib. Yəni tələb olunan minimum 30 balı keçə bilməyib".
 
Ekspert qeyd edib ki, sertifikasiyadan 51 baldan yuxarı toplayanlara 35 faiz, 30 baldan 50 bala qədər toplayan müəllimlərin maaşlarına isə 10 faiz əlavə olunur. Onun sözlərinə görə, imtahan nəticələrinə əsasən bu günə qədər 17 mindən çox müəllimin əməkhaqqına 35 faiz əlavə olunub və bu da yaxşı bir rəqəmdir:
 
"Hətta biz baxırıq ki, sertifikasiyadan keçən və əməkhaqqı 1000 manatdan yuxarı olan kifayət qədər müəllim var. Bu il riyaziyyat və xarici dil müəllimləri oldu. Onların sertifikasiyadan müvafiq olaraq 30 baldan 50 bala qədər toplayanlar 10 faizlik artımını alacaqlar. 51 baldan yuxarı toplayanlar isə 35 faizlik artım alacaqlar. Sertifikasiya hər il yay aylarında keçiriləcək və bu imtahanlarda müvəffəqiyyət qazanmayanlar öz iş yerlərini itirəcəklər".
 
Kamran Əsədov əlavə edib ki, imtahanlardan kəsilənlərin öz işlərindən kənarlaşdırılması kifayət qədər yaxşı bir haldır, çünki öz ixtisası ilə bağlı minimum biliklərə malik olmayan şəxs qarşısındakına heç bir şey öyrədə bilməz.
 
Избранный
142
26
moderator.az

10Источники