RU

Deputat Vüqar Bayramov: "İctimai nəqliyyatda differensial tariflərin tətbiqi vacibdir"

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, ictimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin artırılması üçün ödəniş vasitələrinin beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir.

"Son illərdə bu sektorda dərin institutsional islahatlar aparılıb. İnkişaf etmiş ölkələrdə tətbiq olunan differensial qiymətlərin Azərbaycanda da tətbiqi sosial müdafiəyə ehtiyacı olan təbəqələr üçün güzəştli nəqliyyat istifadəsini təmin edə bilər. Tələbələr üçün xüsusi nəqliyyat kartlarının istifadəsi, gündəlik, həftəlik və aylıq kartların tətbiqi və mövsümü güzəştlər də təklif olunur. Bu islahatlar həm sosial müdafiəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaldacaq, həm də nəqliyyat şirkətləri üçün yeni sərmayə imkanları yaradacaq".

Избранный
143
qht.az

1Источники