“Makron hakimiyyətdə olduğu illər ərzində neokolonialist iddiaları ilə fərqlənib, vandalizmə və zorakılığa rəvac verib. O, münaqişələrin genişləndirilməsinə imkan yaradıb. Azərbaycana isə nifrət və düşmənçiliyini gizlətməyib, daim uğurlarımıza kölgə salmağa çalışıb. Təcavüzkar Ermənistanın yanında olduğunu açıq-aşkar nümayiş etdirib, işğala hüquqi don geyindirməyə, düşməni silahlandırmağa, müharibəni qızışdırmağa səy göstərib. Bilirik ki, Ermənistana ən çox dəstək və silah verən də Fransadır”.
Bunu Bakupost.az -a millət vəkili Tahir Rzayev deyib.
O qeyd edib ki, Makronun məğlubiyyəti bu gün Ermənistan tərəfindən birmənalı qarşılanmır:
“Təcavüzkar dövlət artıq ən böyük dayağını və yolgöstərənini itirməkdədir. Bu, Ermənistanın da məğlubiyyəti kimi qiymətləndirilməlidir. Artıq iki təcavüzkar ölkənin məkrli niyyətləri iflasa uğrayır və Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinə ümidlər çoxalır. Makronun məğlubiyyəti Ermənistanı düşünməyə vadar edir. Təcavüzkar ölkə sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərə tezliklə əməl etməlidir. Ermənistan öz Konstitusiyasında dəyişikliklər etməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda sabitliyin yaradılmasına zəmanət verməlidir. Paşinyan bilməlidir ki, Makrona arxa çevirməklə öz xalqını uçuruma aparır, dövlətinin məhvinə zəmin yaradır”.
Sevinc,
BakuPost