Bəstəkar-müğənni Murad Arif “Soliton” mağazalar şəbəkəsinin reklamında onun “Damlalar” mahnısının icazəsiz istifadəsi haqqında yayılan xəbərlərə münasibət bildirib. O sosial media hesabında bildirib ki, nəhayət şirkət onun tələblərini nəzərə alıb:
“Mehriban və duyarlı SOLİTON rəhbərliyi ilə musiqimin istifadəsi üçün razılıq əldə olundu. Müəllif olaraq haqqım və hüququm nəzərə alındı. Müəllifi (sahibi) olduğum “Damlalar” mahnısnın “Soliton” reklamında istifadəsinə də icazə verirəm”.