Türkiyədə FETÖ-yə qarşı əməliyyat – 108 nəfər saxlanıldı
Türkiyənin 29 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında yazıb. O, FETÖ-yə qarşı əməliyyatların qətiyyətlə davam etdiyini vurğulayıb. Bildirilir ki, keçirilən “Çimdik-20” əməliyyatlarında 108 şübhəli ələ keçirilib: “FETÖ-çülərin gözünü qırpmağa icazə verməyəcəyik. Əməliyyatlarımız millətimizin sülhü, birliyi və həmrəyliyi üçün təhlükəsizlik güclərimizin üstün səyləri ilə qətiyyətlə davam edəcək”.