Bakı. Trend:
Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki,bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindənkeçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.
Trend xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə HallarNazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətininxilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkənmüəyyən olunub ki, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlutunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhdedir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyətqurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzindəxilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirlərigörülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intiharetmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.