Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) parlament seçkiləri ilə əlaqədar xaricdə yaşayan vətəndaşlara müraciət edib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.
Bildirilib ki, iyulun 3-nə olan məlumata görə, xaricdə konsulluq qeydiyyatında olan 62,4 min yetkin Gürcüstan vətəndaşı parlament seçkilərində səsvermə hüququna malikdir.
"Seçkilərdə səsvermədə iştirak etmək üçün konsulluqda qeydiyyatdan keçmək mütləqdir. Gürcüstan vətəndaşları 2024-cü il oktyabrın 7-dək konsulluqda qeydiyyatdan keçməlidirlər", - müraciətdə qeyd olunub.