RU

Paşinyan: “Ermənistana yeni Konstitusiya lazımdır”

“Bu çətin, lakin şərəfli yoldur və biz düzgün istiqamətdə gedirik"
“Ermənistanın yeni Konstitusiyasının hazırlanması zəruridir. Ölkənin yeni əsas qanuna ehtiyacı var. Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Ona hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”.
AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibəti ilə erməni xalqını təbrikində bildirib.
Paşinyan deyib ki, Ermənistan Konstitusiyası mövzusu indi həm ölkə daxilində, həm də xaricdə çox manipulyasiya olunur: “Ancaq biz dövləti möhkəmlətməyə, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz hala gətirməyə doğru addımlamalıyıq. Bu çətin, lakin şərəfli yoldur və biz düzgün istiqamətdə gedirik.

Избранный
138
50
ayna.az

10Источники