RU

Türkiyə, Azərbaycan və Pakistan başçıları bir araya gəldi

 

  Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığının gücləndirilməsinin regional və qlobal sülh və sabitliyə xidmət edəcəyi razılaşdırılıb.

  Türkiyə Xarici İşlər Nazirliyinin birgə bəyanatında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüş keçiriblər.

  Üçtərəfli görüşdə Türkiyə, Azərbaycan və Pakistan münasibətləri müzakirə edilib, Qəzza, Kipr, Kəşmir, islamofobiya kimi regional və qlobal problemlər danışılıb, üç dost və qardaş ölkə arasında əməkdaşlıq imkanları təsdiqlənib, daha əvvəl parlament sədrləri və xarici işlər nazirləri səviyyəsində üçtərəfli əməkdaşlıq prosesinin liderlik səviyyəsinə daşınmasına qərar verilib və inkişafa yönəlmiş güclü iradə vurğulanıb.

  “Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığının gücləndirilməsi üç ölkə xalqının rifahına töhfə verməklə yanaşı, regional və qlobal sülh və sabitliyə xidmət edəcəyi barədə razılıq əldə olunub” deyə bəyanatda bildirilib, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri nəzərə alınmaqla, müvafiq ölkələr arasında mübahisələrin dialoq yolu ilə həllinə üstünlük verilməsi fikri əsas sayılıb.

  Üç ölkə arasında transmilli təhdidlərə qarşı, xüsusilə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın vacibliyi və bu məsələdə ortaq qətiyyət vurğulanıb.

  Qarşıdakı dövrdə Türkiyə, Azərbaycan və Pakistanda üçtərəfli əməkdaşlıq prosesinin növbəti görüşlərinin keçirilməsi qərara alınıb”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
1
trt.net.tr

10Источники