Oğlan basketbolçulardan ibarət Azərbaycan yığmaları (U-16, U-18) təlim-məşq toplanışını Bakıda davam etdirirlər.
İdman.biz xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçiləri olduğu U-18 millilərimiz taktiki və texniki məşqlərlə yanaşı, yoxlama oyunlarında da komandalarının gücünü sınaqdan keçirirlər.
Bu gün Texniki Universitetin idman zalında baş tutan qarşılaşmada U-16 komandamız 65:58 hesabı ilə qələbə qazanıb.
Yeniyetmələrimizin hazırlıq prosesindəki əsas məqsədi, müvafiq olaraq 9-14 iyul Albaniyanın paytaxtı Tirana və 23-28 iyul Albaniyanın Elbasan şəhərlərində keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlıqdır.
Qeyd edək ki, məşqlər U-16 millimizdə iyulun 6-da, U-18 millimizdə isə iyulun 15-də yekunlaşacaq.
İdman.biz