RU

Amerikalı senatorlardan İrəvandan sülh çağırışı

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək istəyir və danışıqları asanlaşdırmağa hazırdır.

Yenisabah.az xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında ABŞ senatoru Rocer Uiker deyib.

O bildirib: “Bizim əsas məqsədimiz bütün bu regionda sülhün, təhlükəsizliyin və hüquqlara hörmətin olmasıdır".

Öz növbəsində Helsinki Komissiyasının sədri, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Uilson əlavə edib ki, Ermənistanın suverenliyi və sərhədlərinin toxunulmazlığı qorunacaq.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də bu mövzuya toxunaraq qeyd edib: “Sülh sazişi Ermənistan üçün sərhədlərdə sülhü təmin etməlidir. Ermənistan xalqı əmin olmalıdır ki, sülh şəraitində dinc yaşaya bilər və heç bir hərbi əməliyyat təhlükəsi yoxdur. Sərhəd keçid məntəqələri açıq olacaq ki, bu da Ermənistan üçün çox vacibdir. Sülh müqaviləsinin məqsədləri bunlardır".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
5
yenisabah.az

6Источники